Artıq bir aya yaxındır ki, Azərbaycanda maska rejiminin və quru sərhədlərinin açılması ilə bağlı müzakirələr gedir.
Yenicag.az xəbər verir ki, pandemiya ilə bağlı son günlərin statistikası da bu qadağaların ləğvi ilə bağlı münbit şərait yarandığını göstərir. Bu barədə hətta Milli Məclisdə deputatlar da müxtəlif bəyanatlarla çıxış edirlər.
May ayının 1-dən Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcək.
Bununla bağlı aprel ayının sonlarında Operativ Qərargahın iclasının keçiriələcəyi də bildirilir.
Millət vəkili Rəşad Mahmudov qərarın hazırlanması ilə bağlı müəyyən dairələrdə müzakirələrin aparıldığını mətbuata açıqlayıb.
Mütəxəssislər pandemiya ilə bağlı ölkədə təhlükənin sovuşduğunu, sadəcə insanların bəzi ehtiyat tədbirlərinin görülməsi zərurəti qaldığını bildirilər. Buna da şəxsi gigiyena və bəzi proflaktik tədbirlər aiddir.
Yəni, adi qripdə olduğu kimi, sadəcə imuniteti yüksək tutmaq, xəstəlik simptopları olan adamlarla ünsiyyətdən uzaq durmaq lazımdır.
Qərarın nə vaxt veriləcəyi yaxın günlərdə bəlli olacaq. Məsələni dəqiqləşdirmək üçün Operativ Qərargaha ünvanladığımız sualın cavabı olan kimi diqqətinizə çatdıracağıq./Sfera.az/