Şad xəbər: Gündüz saatlarından etibarən hava şəraiti sabitləşəcək

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, hazırda respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.