Şad xəbər: Temperatur 4-6 dərəcə enəcək

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

COP29