Saday Şəkərlinin cəzası azaldıldı

SADAY1470221235Bu gün şair Saday Şəkərlinin həbs cəzası 10 ildən 5 ilə endirilib.
Modern.az-ın xəbərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə S.Şəkərlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü maddəsinə tövsif olunub.

Xatırladaq ki, Saday Şəkərli Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.