Sadıkovun erməni generalla görüşü – Atəşkəs Moskvada razılaşdırılıb

necmeddindadaAzərbaycan-Ermənistan təmas xəttində ötən gün elan edilən atəşkəs Moskvada tərəflər arasında keçirilən görüşdə razılaşdırılıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

Erməni nazirin sözlərinə görə, razılıq ötən gün Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və erməni həmkarı general-polkovnik Yuri Xaçaturov arasında Moskvada keçirilən görüşdə əldə olunub.