Şadlıq evinin qarşısında qətl törədilib

1436782625_qetlMasallı rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Şərəfə kəndində yerləşən şadlıq evinin qarşısında qeydə alınıb. Kənd sakini Salman Qurbanov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi İntizar Rzayevi bıçaqlayaraq öldürüb.

Hadisəni törədən S. Qurbanov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir(APA).