Şadlıq sarayına bəylə gəlindən vəsiqə tələb etmək tapşırıldı: 16 yaşlı qızın evlənməsinin qarşısı alındı – VİDEO

Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşı alınıb.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.

Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib. Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrinin təqdim edilməsinə göstəriş verilib. Belə faktla qarşılaşdıqları təqdirdə müvafiq komissiyaya və polisə məlumat versinlər ki, digər rayonların toy məkanlarında bu toyların təşkilinə yol verilməsin. Belə olan halda məkan sahiblərinin məsuliyyətə cəlb olunmasına dair qanunauyğun şəkildə polis bölməsində tədbirlər planı var. Sabunçu rayon ərazisində yerləşən şadlıq evlərindən bu barədə soruşduq. Bir çox şadlıq evləri kameramıza danışmaq istəməsələr də, bildirdilər ki, bununla bağlı məlumatlıdırlar.

Bəs toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?

DİN-dən “Xəzər Xəbər”ə açıqlama verildi ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

COP29