Şadlıq saraylarında qiymətlər artdı

2024-cü ilin avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 67.2 faiz azalıb.

Bu barədə Yenicag.az-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, sifarişlərin azalması Məhərrəmlik ayı ilə bağlı olaraq toy və şənliklərin sayının kəskin azalması ilə bağlı olub.

Bununla belə, şadlıq saraylarında avqust ayında qiymətlər 3.9 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 5.6 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 3.4 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 2.7 faiz artım qeydə alınıb.

 

COP29