!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şaftalı sözündən diksinən insanların dərdi nədir? – Səbəbi və müalicəsi

!Reklam – Yazi

Tik xəstəliyi – insanda qeyri-ixtiyari, özündən asılı olmayan və nəzarət edə bilmədiyi müxtəlif əzələ hərəkətləridir. Bu xəstəliyin bir çox növü var. Niyə yaranır, səbəbi nədir?

Bəzən heç fərqində olmadan bizim nəyəsə qarşı refleksimiz yaranır. Bu refleks əgər aşağı səviyyədədirsə, zəifdirsə, bunu gizlədə bilirik. Hətta müəyyən müddət əngəlləmək də mümkündür. Ətrafda belə insanlara rast gəldiyimizdə gülürük. Amma həmin adamlar heç düşünmür ki bu qarşı tərəfə çox pis təsir edir.

Medicina.az tik xəstəliyinin səbəbləri və müalicəsini təqdim edir.

Aparılan araşdırmalara görə, cəmiyyətin 0,4 faizi bu durumdan əziyyət çəkir. Kişilərdə qadınlara 4 qat artıq müşahidə edilir. Bu reflekslər adətən 3-8 yaşdan sonra başlayır. Bu vəziyyət əzələlərin gərilməsi nəticəsində ortaya çıxır və təkrarlanan hərəkətdir.

Bəsit tiklər sürətlidir, təkrarlayıcıdır və bəlli istiqamətlidir.

• Göz qırpma

• Üz büzüşdürmək

• Ağız açıb-bağlamaq

• Baş və ya çiyin çevirmək

• Yumruq sıxmaq

• Ayaq baş barmağını yuxarı qatlamaq

Kompleks Tiklər yavaşdır və bəlli məqsədə yönəlikdir. 

• Hoppanmaq

• Toxunmaq

• Qoxu alma hərəkəti

• Ovuşdurmaq

• Durduğun yerdə yellənmək

• Hərəkətləri kopyalamaq

Bəsit Vokal Tiklər 

• Ritm pozuntusu

• Səsin şiddətini ayarlaya bilməmək

• Kəlimələrin uzadılması

• Boğaz təmizləmək

• Xorultu səsi çıxartmaq

• Burun çəkmək

• Nəfəsi burundan almaq

• Mırıldanmaq

Kompleks vokal tiklər

• Söyüş və cinsəl sözləri cümlənin arasında işlətmək

• Danışılanları ümumi təkrarlamaq

• Qarşısındakı adamın son cümləsini və ya sözünü təkrar etmək

Yaranma səbəbləri

Genetik və nevroloji faktorlar mühüm rol oynayır.

Turet sindromu – mərkəzi sinir sisteminin, əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri, ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğ Əvvəllər Turet sindromu nadir bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu.

Lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir.

1000 uşaq arasında 1-10 nəfər Turet sindromundan əziyyət çəkir, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır.

Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə nadir müşahidə edilir. Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır.

Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur.

Təlimlər, xəstəlik haqqında məlumat verilməsi və psixoloji dəstək — müalicə planının vacib tərkib hissələridir. Sindrom Jan Marten Şarko tərəfindən öz şagirdi və bu xəstəliyin görüldüyü 9 nəfər haqqında 1885-ci ildə hesabat dərc etdirmiş fransız həkimi və nevroloqu Jil de la Turetin (fr. Georges Gilles de la Tourette (1857–1904)) şərəfinə adlandırılmışdır. Beyində ifraz olunan maddələrdən başda dopomin olmaqla, noradrenalin, serotonin sistem pozğunluğu göstərən simptomlar aşkarlanıb. Stressin tik yaranmasına səbəb olmadığı düşünülsə də, artırdığı bilinir. Stress yaradan vəziyyətdən sonra və ya ailə, doğmalar, ətrafdan cəzəlandırılmadan sonra meydana çıxır.

Bu vəziyyət tiki olan insanlara qarşı həssas olmağa vadar edir. Tik gəlib-gedəndirsə az müddətdən sonra öz-özünə keçəcək, lakin dərman müalicəsi lazım olduqda psixiatr tərəfindən mütəmadi müayinələr aparılmalıdır və dərman dozası seçilməlidir.

www.yenicag.az

8017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv