Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Safurə: "Onlar olmasaydı, evdən qaçardım" - FOTO

“Uşaqlarla darıxmıram, hətta uşaqların sayəsində evdə oturmağı sevirəm. Onlar olmasaydı bəlkə də evdən qaçardım”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Safurə Əliyeva “Özəl” proqramında qonaq olarkən deyib. Uzun fasilədən sonra yenidən ifaçılığa başlayan sənətçi övladlarından danışıb:

“Evdə istilik yaradırlar. 3 uşağım var, evdə onlarla heç darıxmaq olmur. Hərəsi bir şey edir, evdə nəsə baş verir. İsgəndər sakit, Ayşə ciddi uşaqdır. Düşünürəm ki, 3-cü uşaq Natiqdə analıq hissi daha yüksək oldu. Uşaqlarım mənim ən böyük fanatlarımdır”.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. O, İstanbulda yaşayır.

www.yenicag.az

313
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100