“Sağalan kimi…” – Arif Babayevin ƏN BÖYÜK ARZUSU – Oğlu açıqladı

Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan ustad xanəndə, Xalq artisti Arif Babayev ev şəraitində müalicəsini davam etdirir.

Bunu Xalq artistinin oğlu Yaşar Babayev Yenicag.az-a açıqlamasında bildirib.

O, atasının səhhəti və ən böyük arzusu barədə danışıb:

“Atamın səhhəti stabildir, evdə həkim nəzarəti altında müalicəsi davam edir. Arzuları var, sağalan kimi Şuşaya getmək niyyətindədir. Ağdam, doğma kəndimizə gedib, inşallah, tezliklə Şuşaya da gedər”.

Cəvahir