!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şagird çantalarının ağırlığından valideynlərin beli əyilib" - Aqil Abbas

!Reklam – Yazi

“Mən özüm orta məktəbə gedən nəvəmin çantasını ağır olduğu üçün daşıya bilmirəm”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə görə, dərsliklərin çəkisinin azalması üçün onların daha keyfiyyətli kağızlardan çap edilməsi lazımdır: “Çox təəssüf ki, orta məktəb şagirdlərini şikəst edirlər. Vallah, o ağırlıqda olan çantanı şagird yox, heç böyük də daşıya bilmir. Şagird çantalarının ağırlığından valideynlərin beli əyilib. Mən özüm orta məktəbə gedən nəvəmin çantasını ağır olduğu üçün daşıya bilmirəm. Təklif və xahiş edirəm ki, bu dərsliklər keyfiyyətli kağızlardan hazırlansın və çəkisi azalsın. Yenə deyirəm, əks halda şagirdlər o çantaları daşımaqdan şikəst qalacaqlar”.

Araz Zeynalov

www.yenicag.az

2150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv