Şagird məktəb binasından özünü atdı

intihar_ogo-doma_1Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.

Hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.

Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir.

Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.(APA)