Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli məktəbin şagirdləri dərsə gedib-gəlmək üçün əziyyət çəkirlər.
Yenicag.az xəbər verir ki, Yeni Qəsəbə adlanan ərazidə yerləşən təhsil ocağına gedən yol acınacaqlı haldadır.
Sözügedən problem uzun müddət mövcud olsa da, aidiyyatı qurumlar heç bir tədbir görmürlər. Qış aylarında yağan yağışdan sonra vəziyyət daha da acınacaqlı duruma düşür.
Qeyd edək ki, bəhs edilən orta məktəbdə 1000 şagird təhsil alır.