!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagird oxuduğu məktəbi satışa çıxartdı

!Reklam – Yazi

Yuxarı sinif şagirdi məktəb binasını satışa çıxarıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Kilan Şili adlı 18 yaşlı məktəbli təhsil aldığı binanın satışı barədə “Craigslist” saytında elan yerləşdirib. O məktəbin yanında futbol sahəsinin salındığını, eyni zamanda obyektin yaxınlığında supermarketin olduğunu qeyd edib.

Məktəbli qiyməti yüksəltmək üçün elanda böyük avtodayanacaq və yeməkxananı da vurğulamağı unutmayıb.

20 otaqlı müəssisə və onun ətraf əraziləri üçün Şili 12 275 dollar istəyib.

Elan tez bir zamanda polislərin diqqətini cəlb edib.  Sorğu-sual zamanı məktəbli heç bir pis fikri olmadığını deyib. Polislər məktəbli barəsində cinayət işi açmayacaqlarını deyiblər. Ona elanı silməyi tapşırıblar.

Lakin Şilinin bu addımı məktəb rəhbərliyi tərəfindən bağışlanmayıb. O, ilin sonuna qədər məktəbdən uzaqlaşdırılıb və son zəngə gəlməsi qadağan edilib.

www.yenicag.az

2670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv