“İbtidai sinif müəlliməsinin dərsi başa saldığı şagird öz qohumu olub. Hadisə isə dərs vaxtı olmayıb”.
Bu sölzəri açşıqlamasında Xırdalan şəhəri 9 saylı orta məktəbin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev deyib. O qeyd edib ki, hadisə ötən ilin oktyabr ayında olub.
“Müəllimə həmin şagirdi döyməyib. İzahatında deyir ki, “başına sığal çəkmişəm”. Müəllimənin izahatı alınıb və Təhsil Nazirliyinə verilib. Araşdırma aparılıb, məlumat veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videokadrda Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə müəllimin şagirdə zor tətbiq etdiyi görünür.(modern)