Şagirdi ilə yatan FETÖ-çü müəllimə ağır cəza

ABŞ məhkəməsi FETÖ-çü müəllim Erin Sayara 750 min dollar pul cəzası kəsib.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb, Sayarın 16 yaşındakı şagirdi Kevin Englə cinsi əlaqədə olmasıdır.

Məsələ burasındadır ki, 2012-ci ildə 41 yaşlı müəllim, şagirdi ilə sinif otağında və avtomobildə 8 dəfə cinsi əlaqədə olub. Şagirdin anası isə buna görə məhkəməyə müraciət edərək, qarşı tərəfdən mənəvi təzminat tələb edib. Məhkəmə valideynin tələbinə müsbət cavab verib.

Qeyd edək ki, onların arasında olan münasibət, sevgilisinin Engin “Facebook” mesajlarını oxumasından sonra ortaya çıxıb.

Yenicag.az