!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən çıxarılıb? - AÇIQLAMA / YENİLƏNDİ

!Reklam – Yazi

Direktoru olmayan 112 nömrəli məktəbdə direktor vəzifəsini müvəqqəti icra edən Lətifə Mustafayeva vəzifəsindən çıxarılmayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri Könül Aydın məlunat verib.

“112 nömrəli məktəbin direktoru yoxdur. Direktor vəzifəsini müvəqqəti icra edən bir xanım var idi. O da bu situasiyada işi ələ ala bilmədi, yeni bir şəxslə əvəz edildi. Heç kim işdən çıxarılmayıb”, – deyə K.Aydın qeyd edib.

***

01:00

Bakının Sabunçu rayonunda yerləşən 112 nömrəli məktəbin direktor əvəzi işdən uzaqlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində məlumat verib. Müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilib.

Qeyd edək ki, 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv