Şagirdin ölümü ilə bağlı məktəbdən AÇIQLAMA: “Gözümün qabağında xırıldayıb…”

Xəbər verdiyimiz kimi, Şəmkirdə Çənlibel kənd məktəbində 6-cı sinif şagirdi Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayarkən dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, Çənlibel kənd 1 saylı orta məktəbin direktoru Qoşqar Əliyev açıqlama verərək şagirdin ölüm faktını təsdiqləyib:

“Uşaq mənim gözümün qarşısında xırıldayıb, nəfəs alırdı. 3-cü dərsdən sonra şagird çölə çıxmışdı. Mən də həyətdə növbətçi ilə söhbət edirdim. Xəbər verdilər ki, “şagirdlərdən birinin dili qaçıb, həkimə xəbər vermək lazımdı”. Mən təcili həkimə zəng edib, kömək istədim. Uşağı dəhlizə gətirib, dilini tutdular. Gördük ki, səhhətindəki problem başqadır. Həkim ilkin tibbi yardım göstərsə də, heç bir xeyri olmadı”.

Uşağı təcili Şəmkir şəhər xəstəxanasına apararkən yolda dünyasını dəyişib. Nənəsinin dediyinə görə ölən Elgün Məhərrəmovun əvvəlcədən səhhətində problem olub. Ölən şagird bir bacı, bir qardaş idi”. (unikal.org)

COP29