!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şagirdlər öpüşmək kimi düşük adətlərdən imtina etməlidir” - Şahlar Əsgərov

!Reklam – Yazi

“Ənənəvi təhsilin tərəfdarıyam. Amma bir şərtlə. Məktəblər buna hazır olmalıdır. Sanitar-gigiyenik baxımdan məktəblər təftiş olunmalıdır. Şagirdlər əl verib görüşüb, öpüşmək kimi düşük adətlərdən imtina etməlidir. Bu barədə uşaqları maarifləndirməliyik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyətinin təşkilində QHT-lərin dəstəyi” mövzusunda keçirdiyi onlayn konfransda deyib.

Təhsil eksperti ənənəvi təhsilin tərəfdarı olduğunu bildirib:

“Təhsildə keyfiyyəti artırmaq üçün internet yüksək səviyyədə təmin olunmalıdır. Paytaxtdakı 20, 6 nömrəli məktəbdə olan şərait ucqar dağ kəndində də olmalıdır. İnformasiya texnologiyası məsafədən asılı olmamalıdır. Biz distant təhsildən danışırıqsa, texniki vasitələrimiz yoxdursa, bunu necə həyata keçirə bilərik? Digər bir problem də şagird sıxlığı məsələsidir.Təhsil Nazirliyi də bunun üçün müxtəlif variantlar təklif edir. Bu məsələyə yenidən baxılmalıdır. Pandemiya şəraitində yaşamağı bacarmalı, özümüzü gələcəyə hazırlamalıyıq. Təhsilin qarşısında duran keyfiyyət məsələsidir. Mən təklif edirəm ki, ənənəvi təhsili bərpa edək. Ənənəvi təhsilin tərəfdarıyam. Amma bir şərtlə. Məktəblər buna hazır olmalıdır. Sanitar-gigiyenik qaydaları uşaqlara öz adları kimi mükəmməl öyrətməliyik. Belə olan halda, onlar əl verib, görüşüb, qucaqlaşıb öpüşmək kimi düşük adətlərdən imtina etməlidir. Bu barədə uşaqları maarifləndirməliyik.

Pandemiya şəraitində biz sanitar gigiyena şəraitində yaşamağı uşaqlara öyrətməliyik. Bu qaydalar söz formasında olmamalıdır. Punktlaşdırılsın və uşaqlara öyrədilsin”.

Cəvahir

www.yenicag.az

974
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv