Şagirdləri ağır qəzaya düşmüş məktəbin direktoru danışdı

163434_res_01Sabirabad rayonu, Bulaqlı kəndində baş vermis ağır yol qəzasında ölən və yaralanan azyaşlılar rayondakı H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbdə təhsil alıb.

Bu barədə virtualaz.org saytına məktəbin direktoru Mircamal Həşimov məlumat verib.

Direktorun sözlərinə görə, hadisə uşaqların dərsə gəldiyi vaxt – saat 7:45-də baş verib. “Uşaqlar hər gün dərsə bu avtobusla gəlirdilər. Baş vermis qəzada 3-cü və 6-cı sinifdə təhsil alan şagirdlərimiz yaralanıb, bir şagirdimiz isə dünyasını dəyişib. Bundan əlavə, digər sərnişinlər də yaralanıblar. Onlardan biri kollec tələbəsidir”, – M.Həşimov deyib.

Qəzada ölən Həsənov Vüsal Elman oğlu 6-cı sinifdə təhsil alıb. “Hadisə polisin müşahidə kamerasının qarşısında baş verib. Olduqca ağır hadisədir”, – direktor əlavə edib.