Şagirdləri daşıyan avtobus qəzaya düşdü – FOTOLAR

 

Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya uğrayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Elazığ bölgəsində qeydə alınıb.

Məlumata görə, avtobusun əyləc sisteminin sıradan çıxması səbəbindən yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində 27 nəfər xəsarət alıb, onlardan 1-nin vəziyyəti ağırdır.