Şagirdləri daşıyan avtobusla yük maşını toqquşdu – 18 ölü, 40 yaralı

Hindistanda şagirdləri daşıyan avtobusla yük maşını toqquşub.

Hadisə Hindistanın Uttar-Pradeş ştatının Etax bölgəsində baş verib. Qəza nəticəsində azı 18 məktəbli ölüb, 40 nəfər isə yaralanıb. Şagirdlərin təhsil aldığı məktəbdə qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 gün tətli olması ilə bağlı elan verilsə də, həmin gün məktəb açıq olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Yenicag.az