!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdləri koronavirusdan necə qoruyaq? - Professordan ÇIXIŞ YOLU - VİDEO

!Reklam – Yazi

“Adət-ənənələrimizə düzəlişlər etməliyik. Bugünkü Azərbaycan xalqı 4-5 ay əvvəlki Azərbaycan xalqından fərqlənməlidir”.

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Bu da təhsildə yeni qaydaların tətbiqi məsələsini gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən Təhsil Nazirliyi yanında ictimai şuranın sədri, təhsil eksperti Şahlar Əsgərov vəziyyətdən çıxış yolu göstərib.

Professor bildirib ki, gündəlik davranışımızda nəzarəti artırmalıyıq:

“Gündəlik davranışımızda nəzarəti artırmalıyıq. Yəni tibbi qaydalara əməl olunmalı, məsafə saxlanılmalı, Operativ Qərargahın verdiyi qərarlar yerinə yetirilməlidir. Bu məsələyə hər kəs ciddi yanaşmalıdır. Bu məsələdə məktəb, müəllim, şagird və valideyn məsuliyyətli olmalıdır. Adət-ənənələrimizə düzəlişlər etməliyik; əl verib görüşmək, öpüşmək olmaz. Əlini sinənin üstünə qoyub, görüşmək də olar. Bugünkü Azərbaycan xalqı 4-5 ay əvvəlki Azərbaycan xalqından fərqlənməlidir. Bəziləri deyir ki, tədris prosesində yeni qaydalar yaradılmalıdır. Hansı qaydanı tətbiq edək, desinlər? Distant və ənənəvi formadan başqa heç bir qayda yoxdur. Yalnız bir çıxış yolu var;  köhnə qaydalardan uzaqlaşaq və yeni qayda-qanunlarla yaşayaq”.

Cəvahir

www.yenicag.az

2000
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv