Sabahdan şagirdlərin elektron yerdəyişməsi başlayır.
Yenicag.az xəbər verir ki, avqustun 15-dən “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” istifadəyə veriləcək.
Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb. Əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək.