Şagirdlərin yerdəyişməsi bu tarixdən dayandırılır

Mayın 31-i saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.