Sağlam Həyat Forumu keçirildi – FOTOLAR

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin, Gəncliyə Yardım Fondunun, 1 saylı Bakı Tibb Kollecinin, Qida Təhlükəsizliyi Hərəkatının, Sağlam Ailə Tibb Mərkəzinin, Academix Təhsil Mərkəzinin tərəfdaşlığı, Azxeber.com, Yeni Çağ Media və İnterpress Media qrupunun informasiya dəstəyi ilə “Be Smart and New Moves” – məktəblilər üçün qidalanma təlimi layihəsi çərçivəsində “Sağlam Həyat Forumu” keçirilib.

Forumun keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliğindən ibarət idi. Forumun rəsmi açılışında layihə rəhbəri, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Gənclərin Töhfəsi İctimai Birliyinin hüquqşünası Rəşad Nəbiyev, Gəncliyə Yardım Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qoşqar Abbasov, Sağlam Ailə Tibb Mərkəzinin Ultralab filiallarının rəhbəri Nərgiz Cəbrayılzadə, 1 saylı Bakı Tibb Kollecinin əməkdaşı Elnur Həsənbəyli, “SM Freshoil”in rəhbəri həkim Maya Səbzəliyeva çıxış etdi.

Layihə rəhbəri Məhsəti Hüseynovanın moderatorluğu ilə davam edən panel müzakirələrdə Bütüncül Tibb Dietoloqu Ceyhunə Yusifova “Sağlam həyatda düzgün qidalanmanın rolu”, Funksional tibb həkimi Şumarə Qaracayeva” Detoksifikasiya, Bədənin düzgün təmizlənməsi”, Beynəlxalq idman jurnalisti, fitnesoloq Əkbər Kərimov “Sağlam həyatda fiziki aktivliyin rolu”, Şef Kamran Rəhmanov “İctimai iaşə obyektlərində sağlam qidalanmanın təbliği” mövzularında çıxış etdi.

Bütün forum iştirakçılarına sertifikatlar və “Sağlam Həyat bələdçisi” adlı kitabçalar təqdim olundu.

COP29