!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sağlam qidalanma, çəki problemi, yanlış inanclar: “Sağlam orqanı kəsib atmaq...” – AÇIQLAMA/ARAŞDIRMA

!Reklam – Yazi

İnsanların fikrində arıqlamağa və pəhrizə dair bəzən yanlış düşüncələr formalaşır. Ümumiyyətlə, cəmiyyətin ən böyük problemlərindən biri çəki məsələsidir. Bu məsələ nəinki indi, tarixən də belə olub.

Bəzi miflər var ki, onları etsək arıqlayacağımızı və ya kökələcəyimizi düşünürük. Məsələn, sosial medianın bizi idmana həvəsləndirdiyinə inanırıq. Bəzən internetdə “Onlayn qruplar” və ya “Fərdi onlayn məşqlər” adı altında postlar paylaşılır. Əhali də belə elanları görür və dərhal arıqlaya biləcəyinə ümidlənir. Amma əziyyət çəkmədən heç bir nəticə almaq olmur.

Bu cür yanlış inanclardan biri də smart telefonlar haqqındadır. Hər kəs elə düşünür ki, yatmağa hazırlaşarkən bir az telefonla “baş qatmaq” daha tez yuxuya getməyə kömək edir. Lakin tədqiqatlar onu göstərir ki, gecə saatlarında texnologiyadan çox asılı vəziyyətə düşmək yuxu pozuntularına, yuxu müddətinin azalmasına və əhval dəyişikliklərinə yol açır.

Bundan əlavə, populyar pəhrizlərin sürətli arıqlamaq üçün kömək etdiyinə şübhəsiz ki, hər kəs inanır. Əslində, hər bir insana öz oqranizmasına uyğun fərdi pəhriz təyin edilməlidir. Məsələn, bir neçə il öncə “İsveç pəhrizi” çox populyar idi, demək olar ki, hər kəs yoxlayırdı. Hətta xeyli insan sırf çəki itirmək üçün yağ, ət və s. əsas qidaları tükətməyi tamamilə dayandırır. Bütün bunlar çox yanlış düşüncələrdir. Çəkini normada saxlamaq üçün idman və pəhriz paralel olaraq edilməlidir. Pəhriz isə ac qalmaq yox, daha sağlam qidalanmaq deməkdir.

Bəs cəmiyyətdə artıq piylənmə problemi necə yaranır? İnsanlar pəhriz saxlayarkən ən çox hansı səhvlərə yol verir? Azyaşlılarda və ya yeniyetmələrdə ən çox kökəlməyə səbəb olan amillər hansıdır?

Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, ilkin olaraq sağlamlığımıza önəm verməliyik:

“Qəbul etdiyimiz hər qidanın tərkibinə diqqət yetirməliyik. Məsələn, yağlı yeməklərin tərkibindəki xolesterin çox ziyanlıdır. Hər gün yağlı qidadan istifadə etmək bir başa piylənməyə gətirib çıxarır. Bu proses yavaş-yavaş olur. İlk aylar 3-5 kq, sonralar 10 kq və ən sonra 20-30 kiloqrama qədər kökəlirik. Belə olan halda mədəaltı vəz həddindən artıq insulin ifraz etməyə başlayır. Bu da insanda “vəhşi” iştah yaradır. İlk vaxtlar fərqinə varmırıq, artıq sağlamlığımıza zərər gəldikdən sonra anlayırıq ki, nə baş verir”.

Süleymanova onu da qeyd edib ki, insanların etdiyi ən böyük yanlış illərlə kökəldikdən sonra həmin o çəkiləri 1 ayın içində atmaq istəməkləridir:

“Televizayalarda tez-tez görürük ki, çaylar, kofelər və müxtəlif kokteyllər paylaşılır. Belə məhsullar reklam olunur, insanlar da həvəslənir. Hər kəs anlamalıdır ki, həmin qidaların hamısı asılılıq yaradır. Bu dərmanları qəbul etdikdə, 3-4 kiloqram arıqlamaq olur. O da piy kütləsinin cəmi 5 faizidir. Piylənmə sırf kökəlmə, bədənin dəyişməsi deyil.

Piylənmə zamanı çox ciddi problemlər yaranır: Mədəaltı vəz problemləri, qanda xolesterin, ginekoloji problemlər, cinsi zəiflik və s. Bəzi şəxslər də mədə kiçiltmə əməliyyatlarına üz tutur. Həmin insanlar psixoloji cəhətdən zəifdir. Elə bilirik ki, sağlam orqanı kəsib götürməklə çəkimiz azalacaq. Ancaq şahid oluruq ki, bu tip əməliyyatlar xərçəng yaradır. Arıqlamağın ən gözəl üsulu ev şəraitində sağlam qidalanmaqdır. Amma artıq çəkiniz 20 kiloqramdan yuxarıdırsa, mütəxəssisə müraciət etməlisiniz. Arıqlamaq ac qalmaq demək deyil. İndividual pəhrizdə yağ da olur, karbohidrat da. Lakin hamsının öz qədəri var”.

O, həmçinin vurğulayıb ki, uşaqlarda və yeniyetmələrdə də sürətli piylənmə prosesi baş verir:

“Qadın hamilə olduqda belə qidalanmasına nəzər yetirməlidir ki, övladının sağlam şəkildə dünyaya gəlməsinə müxtəlif fəsadlar törənməsin. Azyaşlıları düzgün qida ilə təmin etmək üçün mütəxəssislərdən kömək istəməliyik. Biz onları hansı qidaya öyrəşdiriksə, ancaq ondan yeməyə başlayırlar. Daha sonra isə 5 yaşından piylənmə problemləri başlayır. Uşaqlarınızı kafelərə, restoranlara aparmayın. Yoxsa gənclər ömür boyu həmin qidalardan asılı vəziyyətə düşür. ABŞ-də artıq normal çəkili uşaq tapılmadığı kimi, təəssüflər olsun ki, bizdə də həmin vəziyyət yaşanır. Düşünməyin ki, böyüyəndən sonra düzələcək. Əksinə, onlar böyüdükcə kompleks yaşamağa başlayacaq”.

Şahanə Paşa

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv