Şahdağ Milli Parkında helikopterlər havaya qalxdı

af042709dfb78393377b2849573ea211Yanğının söndürülməsinə iki helikopter cəlb olunub

Şahdağ Milli Parkında yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.

Hal-hazırda əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.