“Şahdağ” Milli parkında yanğın baş verib

164708Quba rayonunda yanğın hadisəsi qeydə alınıb.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Alıcdigah kəndində “Şahdağ” Milli Parkının dağlıq ərazisində 4 ha sahədə kol-kos və xəzəl yanıb. Parkın ərazisində meşə sahəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.