!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahdağda bədbəxt hadisə - Tanınmış həkim vəfat etdi

!Reklam – Yazi

Tanınmış həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev qəfildən keçinib.

Yenicag.az xəbər verir ki, bu barədə onun oğlu Aqşin Mehdiyev sosial şəbəkədə məlumat yayıb:

“Doktor Mehdi Mehdiyev Şahdağ dağında Heydər Əliyev zirvəsini hər il olduğu kimi bu dəfə də ziyarət edərkən zirvəyə qalxan yolda ürəyində yaranan infarktdan qəflətən keçinib. Mehdi doktor sabah 10 dekabr 2018-ci ildə ata yurdu Bərdə rayonunda son mənzilə yola salınacaq. Yas mərasimi Bərdə şəhərində olacaq. Dostlar sağ olsun”.

Mehdi Mehdiyev tibb və siyasət sferasında tanınan bir isim olub. Fotolardan da göründüyü kimi, sağlam həyat tərzi keçirir, müntəzəm surətdə idmanla, xüsusi olaraq, dağ idmanı ilə məşğul olurdu.

M. Mehdiyev 1956-cı ildə anadan olub. Azərbaycan Tibb Universitetini bitiirb. Ölkənin tanınmış infeksionist həkimi idi. Onun fəaliyyət xəritəsi belə olub:

1980-1990 illər – Xaçmaz Mərkəzi Rayon Xəstəxanası, İnfeksion Xəstəliklər Şöbəsinin müdiri;

1993-1995 illər – İran İslam Respublikası, Həmədan şəhəri, Ümumi həkim(GP);

1995-2009 illər – Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər Kafedrasının assistenti;

2009-cu ildən son gününə qədər Mərkəzi Gömrük Hospitalı, həkim-infeksionist;

Allah rəhmət eləsin./Musavat.com/

www.yenicag.az

3034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv