Sahədə yatan 4 yaşlı uşağın üstündən yük maşını keçdi

4 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda baş verib.

Sahə kənarında yatan 4 yaşlı uşağın üzərindən yük maşını keçib. Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.