Sahibə Qafarova 13 yanvar qurbanlarının xatirəsi yad etdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfəri çərçivəsində Vilnüs şəhərində 1990-cı il 13 yanvar qurbanlarının xatirəsini yad edib.

Bu barədə Yenicag.az-a Milli Məclisdən məlumat verilib.

Fevralın 4-də “Antakalnio” məzarlığına gələn Milli Məclisin sədri və nümayəndə heyətinin üzvləri 13 yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil qoyublar.