!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Yenicag.az xəbər verir ki, parlamentin sədri “Facebook” hesabında paylaşım edib.

S. Qafarova qeyd edib ki, üçrəngli bayrağımız artıq işğaldan azad olunmuş torpaqlarımızda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Qarabağımızın göz bəbəyi olan Şuşamızda qürurla dalğalandığı üçün çox xoşbəxt və qürurluyuq: “Hər birimizə sonsuz sevinc, qürur və fərəh hissi bəxş edən bu zəfərlərin memarı Ali Baş Komandan cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Şanlı Ordumuz, qəhrəman əsgərlərimiz qanı, canı bahasına torpaqlarımızı azad edir, üçrəngli bayrağımızı dalğalandırır.

Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə! Eşq olsun Şanlı Azərbaycan Ordusuna!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv