Sahibə Qafarova erməni həmkarı ilə görüşə bilər

Erməni tərəfi mart ayında Ermənistan və Azərbaycan parlament spikerləri Alen Simonyan və Sahibə Qafarovanın İsveçrədə görüşünü mümkün sayır.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.

Bundan əvvəl Parlamentlərarası İttifaqın (PAİ) baş katibi Martin Çunqonq bəyan edib ki, mart ayında keçiriləcək ittifaqın növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentləri spikerlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, spikerlərin görüşü martın 23-27-nə planlaşdırılır./unikal

COP29