Sahibə Qafarova ilə Pakistan Senatının sədri arasında telefon danışığı olub

Milli Məclisin sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub. 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlar müzakirə edilib.