Sahibə Qafarova İtaliyaya rəsmi səfərə getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti yanvarın 21-də İtaliyaya rəsmi səfərə gedib.

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Roma şəhərinin “Ciampino” aeroportunda nümayəndə heyətini İtaliya Deputatlar Palatası Xarici əlaqələr komissiyasının üzvü Naike Qruppioni, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulur.