Sahibə Qafarova Londonda Türkiyənin vitse-prezidenti ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniyanın paytaxtı Londonda Türkiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Qeyd edək ki, Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək. Sahibə Qafarova həmin mərasimdə iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir.