Aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.
Bu barədə Yenicag.az-a Milli Məclisdən bildirilib.
İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.