Sahibə Qafarova Milli Məclisin Sədri seçildi

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin seçilməsi məsələsi müzakirə edilib.

Yenicag.az xəbər verir ki, bu vəzifəyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.