Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sahibə Qafarova Qətərin Azərbaycandakı səfiri ilə görüşdü

Reklam: High Technic

Noyabrın 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Qətərin ölkəmizdəki səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, görüşdə sədr bildirib ki, Azərbaycan dost Qətər dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verir.

Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlərin münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil etdiyini qeyd edən Sahibə Qafarova əlavə edib ki, bugünədək iki ölkə arasında 32 sənəd imzalanıb.

Milli Məclisin Sədri deyib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında xoş münasibətlər mövcuddur: “Bu gün Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq parlament təşkilatlarında fəal iştirak edir, mühüm məsələlərin müzakirəsində bir-birilərinə dəstəklərini əsirgəmirlər”.

Spiker Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, cəbhə bölgəsində mövcud durumdan danışıb. Sahibə Qafarova Azərbaycanın haqlı mübarizəsində ölkəmizə verdiyi dəstəyə görə Qətər dövlətinə və xalqına təşəkkürünü ifadə edib.

Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzab ölkəsinin Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb. Səfir Qətərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində və digər prinsipial məsələlərdə dost və qardaş Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

185