Sahibə Qafarova Türkiyədəki zəlzələ qurbanlarının xatirə guşəsini ziyarət etdi

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

Milli Məclisdən Yenicag.az-a bildirilib ki, ziyarətçilər həlak olunların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.