Sahibə Qafarova Türkiyəyə gedir

Sabah Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım məlumat yayıb.

Səfər çərçivəsində S.Qafarovanın TBMM-in sədri Numan Kurtulmuş və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.