Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başladı

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü başlayıb.

Bu barədə Yenicag.az-a Milli Məclisdən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 21-dən Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiyada ilk rəsmi səfərdədir.

Səfər bu gün başa çatacaq.