Mingəçevir şəhərində oğurluq hadisəsi qeydə alınıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, şəhərin 20 yanvar 168 küçəsində yerləşən qızıl mağazası soyulub.
Hadisə oktyabrın 25-də günorta saatlarında qeydə alınıb. Belə ki, oğru mağaza sahibinin ibadət vaxtı namaza getməsindən istifadə edərək, obyektin qapısını xüsusi üsulla açaraq içəri daxil olub. Qısa müddət ərzində mağazada olan bütün qızıl-zinət əşyalarını götürən cinayətkar aradan çıxıb. Dəymiş ziyanın 100 min manatdan çox olduğu bildirilir.
Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma başlanıb. Artıq cinayətkarın kimliyi də hüquq-mühafizə orqanlarına bəllidir. Onun saxlanılması üçün müvafiq tədbirlər görülür.
Emin Səfərov