Sabirabadda istixana təsərrüfatının yaradılması üçün güzəştli kredit verilib.
Sahibkarlığın İnkişafı Fondundan Yenicag.az-a bildirilib ki, “Greener” MMC müasir istixana təsərrüfatının yaradılması layihəsi üzrə Fonddan 1 milyon manat güzəştli kredit əldə edib.
Layihənin maliyyələşdirilməsi “XalqBank” ASC vasitəsilə həyata keçirilib.