Sahibkardan İDDİA: “İsmayıllıda mənə məxsus meşə ərazisi qəsdən yandırılıb” – FOTOLAR-VİDEO

İsmayıllı rayonunun Tircan kəndi yaxınlığında yerləşən meşə massivində baş verən yanğının səbəbləri hələ də müəyyənləşdirilməyib.

Yenicag.az xəbər verir ki, bir neçə gün əvvəl sözügedən kəndin bələdiyyəsinə aid olan meşəlik ərazinin “Acıdərə” adlanan hissəsində 20 hektardan çox meşə, kol bitkiləri, əkin üçün yararlı sahədə bitki örtüyü yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin yanğınsöndürən briqadaları cəlb olunub. Rayon polis şöbəsinin əməkdaşları yanğın baş verən əraziyə gəliblər.

Yanğının baş verdiyi ərazi isə Tircan Kənd Bələdiyyəsi ilə bağladığı müqaviləyə əsasən, uzunmüddətli icarə hüququ əsasında sahibkar Rabil Əhmədzadəyə məxsusdur.

Əldə etdiyimiz məlumata görə, FHN əməkdaşları sahibkara ərazinin 5 istiqamətdən yandırıldğını bildiriblər.

Ərazinin qəsdən yandırıldığı ehtimal edilsə də, bu barədə hələ ki, heç bir rəsmi açıqlama yoxdur.

Səxavət Məmməd

COP29