“2023-cü ildə ümumi satınalmaların məbləği 7,5 milyard manatdan çox olub”.
Yenicag.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ötən ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı qurumun rəisi Məmməd Abbasbəyli deyib.
Xidmət rəisi cari ilin yanvar ayının 1-dən “Dövlət satınalmaları haqqında” yeni qanunun qüvvəyə minməsi, bununla da elektron satınalmalara keçidin yekunlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldığını qeyd edib:
“Elektronlaşma nəticəsində sahibkarlar üçün dövlət satınalmaları daha əlçatan olacaq və müvafiq sahədə rəqabəti təşviq edəcək. Hesabat dövründə elektron satınalmaların ümumi satınalmalarda payı 22,4% təşkil edib. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9% artıb”./oxu.az