Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sahibkarlara treninq keçirildi

1423755496610849194_750x500Astara rayonunda Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, treninqdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu sahədə beynəlxalq təcrübə, istehsal müəssisələrinin təşkili, logistika, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması barədə məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, onların biznesin səmərəli təşkili və inkişafında əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

www.yenicag.az

100