Sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirildi

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirilib.

Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına da icazə veriləcək.